AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Şəkidə demoqrafik inkişafa dair konfrans keçiriləcək
Avg 13, 2016 | 12:13
Oxunub ( 2641 )

Avqustun 12-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda gələn ay  keçiriləcək elmi-praktik konfransa həsr olunmuş yığıncaq keçirilib.

İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə konfransa son hazırlıq işlərindən danışıb. O bildirib ki, “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda keçiriləcək konfrans sentyabrın 12-13-də Şəki şəhərində baş tutacaq. Tədbirin təşkilatçıları AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu, Şəki Rayon İcra Hakimiyyəti və AMEA Şəki Elm Mərkəzidir.

Tədbirin keçirilməsində məqsəd  “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq Azərbaycanda demoqrafik inkişaf problemləri, əhali  məskunlaşmasının səmərəli ərazi təşkili, məskunlaşma areallarının ekocoğrafi problemləri, əhalinin milli-etnik tərkibinin formalaşması, multikulturalizm və tolerantlıq, əhalinin məşğulluq problemi, turizm-rekreasiya ehtiyatlarından istifadə və əhalinin iş yerləri ilə təminatı  və s. kimi məsələlərdən irəli çıxan problemlərin həlli yollarının işlənib hazırlanması,  müzakirəsi və uyğun qərarların qəbuludur.

Bölmə iclasları  “Şəki-Zaqatala iqtisadi rayonunun demoqrafik vəziyyəti və sosial-iqtisadi inkişaf problemləri”, “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-dağıdıcı hadisələr və onlardan mühafizə tədbirləri”  və “Şəki-Zaqatala  iqtisadi rayonunda təbii-iqtisadi və landşaft-ekoloji potensialının  səmərəli istifadə edilməsi” mövzuları üzrə keçiriləcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015