AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
İtaliya və Azərbaycan alimləri ölkəmizdə mövcud seysmik təhlükələri müzakirə edəcəklər
Fev 13, 2017 | 03:19
Oxunub ( 296 )

Fevralın 14-də İtaliyanın Milli Tədqiqatlar Şurasının Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Azərbaycan ərazisinin seysmik təhlükələrini, o cümlədən Abşeron yarımadası və Xəzər regionunda gedən geodinamik prosesləri müzakirə edəcəklər. Bu məqsədlə italiyalı professor Luçiano Teleska GGİ-nin qonağı olacaq. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Yer Elmləri Bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov və digər elm xadimləri, mövzu üzrə mütəxəssislər iştirak edəcəklər.

KİV-lərin nümayəndələri tədbirə dəvət olunurlar.

Tədbir saat 10:00-da başlayacaq.

Ünvan: Bakı ş., H.Cavid pr. 119, “Akademiya şəhərciyi”, Geologiya və Geofizika İnstitutu.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015