AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Akademik Ramiz Məmmədovun 70 yaşı tamam olur
Fev 04, 2020 | 03:21
Oxunub ( 144 )

Yanvarın 4-ü saat 15.00-da görkəmli xəzərşünas alim, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, akademik Ramiz Mahmud oğlu Məmmədovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyinə həsr olunmuş yığıncaq keçiriləcək.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev  giriş  sözü ilə çıxış edəcək. Akademik Fəxrəddin Qədirov, Cİ-nin elmi işlər  üzrə direktor müavini, dosent Məhərrəm Həsənov və Cİ-nin Fiziki coğrafiya istiqamətinin rəhbəri, dosent Mirnuh İsmayılov akademik R.M.Məmmədovun həyat və fəaliyyəti haqqında məruzə edəcəklər.

KİV nümayəndələri tədbirə dəvətlidirlər.

Ünvan: H.Cavid pr. 115, AMEA-nın Əsas binası, 2-ci mərtəbədə yerləşən konfrans zalı.

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015