AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
III ÜMUMRESPUBLİKA OLİMPİADASI KEÇİRİLƏCƏK
Fev 17, 2023 | 09:12
Oxunub ( 139 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu  Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr olunan geoloq və geofizik tələbələr üçün “Geologiyada və Geofizikada fənlərarası tədqiqatlar - elmin gələcəyidir” adlı III Ümumrespublika olimpiadası keçirilir.

Tədbir ali ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunur.

Son müraciət tarixi: 25 mart 2023-ci il

Qaliblər üçün müəyyənləşdirilən mükafatlar:

I yer – 800 AZN

II yer – 600 AZN

III yer – 400 AZN

Daha ətraflı məlumat üçün müraciət linki: https://sites.google.com/view/ggiolimpiada

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015