AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Geologiya və Geofizika İnstitutu ilə Miçiqan Universiteti arasında memorandum imzalanıb
Sen 21, 2016 | 03:21 / Maraqlı məlumatlar
Oxunub 349 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu ilə Miçiqan Universiteti (MU) arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə əsasən GGİ və ABŞ universitetinin Yer və Ətraf Mühit Elmləri Departamenti Böyük və Kiçik Qafqazın geoloji tarixi, tektonik quruluşu və seysmik təhlükələri istiqamətlərində birgə tədqiqatlar aparacaq, elmi nəticələri paylaşacaqlar.

Üçillik razılaşma AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə və MU-nun layihələr üzrə təmsilçisi Ryan Lankton tərəfindən imzalanıb.

Qarşılıqlı işlərə hər iki tərəfdən kadrlar cəlb olunacaq, təlim, seminar və mühazirələr keçiriləcək. Gənc kadr hazırlığı və təcrübə mübadiləsi də memorandumda nəzərdə tutulan məsələlər sırasındadır. Azərbaycan və ABŞ alimləri regionda çöl tədqiqatlarına da çıxacaqlar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015