AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Gənc alimlərin növbəti elmi seminarı keçirilib
Sen 20, 2016 | 03:28 / Konfranslar, iclaslar
Oxunub 742 dəfə

Bu gün AMEA Geologiya və Geofizika İnstitutunun gənc alim və mütəxəssislərin növbəti seminarı keçirilib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrlik etdiyi tədbirdə ““Carli 3” quyusunun geotermal enerji potensiali və ondan istifadə perspektivləri” mövzusunda məruzə dinlənilib. İnstitutun Geotermiya şöbəsinin elmi işçisi Veysəl Məmmədov çıxış edərək mövzu üzrə tədqiqatlarından bəhs edib. Məruzəçi bildirib ki, tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun  2013-cü ildə ayırmış olduğu qrant dəstəyi ilə yerinə yetirilib.

Gənc alim diqqətə çatdırıb ki, Azərbaycan ənənəvi neft-qaz ölkəsi olduğundan ölkədə alternativ enerji resusrları, onların digər növ enerji mənbəri kimi öyrənilməsi və istifadəsi ikinci dərəcəli mahiyyət daşıyır. Ona görə də,“Carli 3” quyusunun timsalında tədqiqatlar aparılıb və müəyyən nəticələr alınıb. Qeyd olunub ki, quyunun böyük geotermal enerjiyə malik suyu illərdir yer səthinə xaric olunur və istifadə edilmir. Bu cür quyulardan istifadə ölkə rəhbərliyinin ərazilərimizdəki enerji resusrslarının artırılması və onlara qənaət olunması üzrə siyası strategiyasından irəli gələn vəzifədir. Odur ki, ekoloji və iqtisadi cəhətdən səmərəli hesab olunan geotermal suaların istifadəsi işində xarici ölkələrin təcrübəsindən yararlanmaq önəmli məsələlərdəndir və bunun üçün hazırda mühüm imkanlar vardır. Həmin imkanlardan öz təqiqatları əsasında danışan V.Məmmədov təklif və tövsiyələrini də seminar iştirakçılarının diqqətinə çatdırıb.

          Məruzə maraqla qarşılanıb, suallar cavablandırılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015