AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
İtaliyalı həmkarlarla əməkdaşlıq davam etdirilir
İyl 20, 2016 | 03:44 / Görüşlər
Oxunub 962 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə İtaliyanın Milli Tədqiqat Şurasının (İMTŞ-CNR) arasında bağlanmış yeni elmi əməkdaşlıq müqaviləsi çərçivəsindəİMTŞ-in Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun şöbə rəhbəri professor Luçiano Teleska 14-19 İyul tarixlərində Geologiya və Geofizika İnstitutunda növbəti səfərdə olub.

Səfərin məqsədi CNR qrantı çərçivəsində İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun,  AMEA Geologiya və Geofizika İnstitutunun və Respublika Seysmoloji Xidmət Mərkəzi əməkdaşları ilə birlikdə yerinə yetirilən “Azərbaycan ərazisinin məkan-zaman təhlili baxımından seysmikliyin və seysmik təhlükənin qiymətləndirilməsi”(Space-time analysis of seismicity of the territory of Republic of Azerbaijan and seismic hazard assessment) adlı müştərək layihənin ilkin nəticələrini müzakirə etmək idi.

Layihənin Azərbaycan tərəfindən rəhbəri, akademik F.Ə.Qədirov və Professor Luciano Teleska Qutenberq-Rixter qanunundakı parametrlərin müasir statistik üsul və yanaşmaların tətbiqi ilə analizinin zəlzələlərin məkan və zaman paylanmalarındakı yeni dinamik qanunauyğunluqların müəyyən olunmasına imkan verdiyi qeyd edilmişdir. Qərara alınıb ki, Azərbaycan ərazisi üçün alınan yeni nəticələr  qırılma tektonikası və GPS tədqiqatlarından əldə edilən nəticələrlə müqayisəli təhlil olunaraq ərazinin seysmik təhlükə xəritəsinin yeni variantı üzrə işlər davam etdirilsin və ümumi nəticələr məqalə şəklində işlənib hazırlansın.

Bundan əlavə, Teleska şöbədə aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirib və bu işlərin müştərək davam etdirilməsini məqsədəuyğun hesab edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015