AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan alimləri Vyanada beynəlxalq konfransda iştirak edib
Sen 22, 2016 | 03:55 / Konfranslar, iclaslar
Oxunub 649 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Quyuların qazılması texnologiyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, Azərbaycan Dövlət Neft Akademiyasının professoru, GGİ-nin Elmi Şurasının üzvü, akademik Pərviz Məmmədov və institutun gənc doktorantı İqor Pirverdiyev Avstriyanın paytaxtı Vyanada keçirilmiş “Qeyri-səlis sistemlər və kompyuter texnologiyalarının tətbiqi” adlı XXII beynəlxalq konfransda iştirak ediblər. İki günlük tədbirə ümumən 20-ə yaxın ölkə, o cümlədən ABŞ, Kanada, Almaniya, Rusiya, Türkiyə və digərlərini təmsil edən 50-dən çox alim və mütəxəssis məruzə ilə qatılıb.

GGİ təmsilçiləri konfransda “FCM alqoritmindən istifadə etməklə geoloji obyektlərin təsnifatı və məhlulun udulma dərəcəsinin qiymətləndirilməsi” və “Qeyri-səlis klaster analizin vasitəsilə nasosun effektivliyini təyin edən amillərin onun işinə təsirinin təhlili” adlı məruzələrlə çıxış ediblər. Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015