AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Gənc geoloq Sibirdə beynəlxalq konfransda iştirak edib
İyn 21, 2016 | 04:08 / Konfranslar, iclaslar
Oxunub 698 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin böyük elmi işçisi Tofiq Rəşidov Novosibirsk şəhərində keçirilmiş Gənc alimlərin Yer elmləri üzrə VIII beynəlxalq Sibir konfransında iştirak edib. Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin A.Trofimuk adına Neft-Qaz Geologiyası və Geokimyası İnstitutunda təşkil olunmuş tədbirdə azərbaycanlı gənc tədqiqatçı tələbə və gənc alimlər üçün “Cənubi Xəzər hövzəsinin palçıq vulkanları” mövzusunda mühazirə oxuyub, “Azərbaycanın Qobustan ərazisində palçıq vulkanlarının məkanca yayılma aspektləri” adlı məruzə ilə çıxış edib.

Almaniya, Polşa, Norveç, İran, Pakistan, Çin və digər ölkələrdən nümayəndələrin qatıldığı 5 günlük konfrans V.Sobolev adına Geologiya və Mineralogiya İnstitutu, həmçinin Novosibirsk Dövlət Universitetinin təstəyi ilə baş tutub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015