AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ-də Elmi Şuranın növbəti iclası keçirilib
İyn 17, 2016 | 04:09 / Konfranslar, iclaslar
Oxunub 680 dəfə

İyunun 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və əvvəlcə institutun Geoloji-geofiziki elmlərin tarixi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudovu 80 illik yubileyi münasibəti ilə kollektiv adından təbrik edib.

İclas iştirakçıları gündəlikdəki məsələlərlə tanış edildikdən sonra Layın hidroqazdinamikası şöbəsinin rəhbəri, AMEA müxbir üzvü Qərib Calalovun təqdimatında “Karbohidrogen yataqlarının işlənilməsinin hidrodinamiki proseslərinin riyazi modelləşdirilməsi” mövzusunda məruzə dinlənilib. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb və Elmi Şuranın qərarı ilə qəbul edilib.

Daha sonra, elmi-təşkilati işlərin gedişatı haqqında çıxışlara yer verildi. AMEA - İtaliya Milli Tədqiqatlar Şurası arasında imzalanmış proqram çərçivəsində aparılan müştərək elmi-tədqiqat işlərinin gedişatı, həmçinin “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi”, “Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması” layihələrinin gedişatlarından bəhs olunub.

İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015