AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan, Gürcüstan və ABŞ alimləri Qafqazda geoloji təhlükələri öyrənir
May 20, 2016 | 09:43 / Maraqlı məlumatlar
Oxunub 1428 dəfə

Azərbaycan, ABŞ və Gürcustan alimləri Qafqaz ərazisində geoloji təhlükələri, həmçinin müxtəlif zonalarda müasir geodinamik aktivliyi tədqiq edir. “Qafqaz regionunun aktiv geodinamikası” adlı layihə çərçivəsində təşkil olunmuş işlər  ABŞ-ın Milli Elmlər Akademiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirovdur. İki illik layihə bu ilin sonunda başa çatır. Hazırkı nəticələr Gürcüstan Milli Elmlər Akademiyasında müzakirə olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015