AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Gənc alim Moskvada elmi məruzə ilə çıxış edib
Apr 14, 2016 | 10:28 / Konfranslar, iclaslar
Oxunub 562 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin elmi işçisi, dissertant Elnur Baloğlanov Moskva Dövlət Universitetində gənc alim, tələbə və aspirantlar üçün təşkil olunmuş “Lomonosov-2016” adlı XXIII beynəlxalq elmi konfransda iştirak edib. Tədbirdə gənc alim GGİ-də apardığı elmi-tədqiqat işinin nəticələrinə dair məruzə ilə çıxış edib. “Palçıq vulkanları ilə seysmik aktivliyin əlaqəsinin qazhidrokimyəvi göstəriciləri” adlı məruzə maraqla qarşılanıb.

E.Baloğlanov GGİ tərəfindən 3 dildə hazırlanmış və AMEA-nın 70 illik yubileyi ərəfəsində çapdan çıxmış “Dünyanın palçıq vulkanları atlası” haqqında da geniş məlumat verib. Dördgünlük tədbir aprelin 15-də başa çatacaq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015