AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ-də AR FH Atlasının təərtibi müzakirə edilib
Apr 01, 2016 | 11:27 / Konfranslar, iclaslar
Oxunub 217 dəfə

Məlum olduğu kimi, Prezident İlham Əliyev martın 2-də “Azərbaycan Respublikasının Hövqəladə Hallar Atlası”nın nəşri haqqında Sərəncam imzalayıb. Sərəncamda redaksiya heyətinin tərkibi və proqram layihəsi  təsdiqlənib. AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov Atlasın məsul katibi təyin olunub. Əsas icraçılar AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya, eləcə də Geologiya və Geofizika institutlarıdır.

AMEA akademik H.Əliyev  adına Coğrafiya İnstitutu Elmi şurasının martın 30-da keçirilən iclasında akademik R.Məmmədov bu Sərəncamın icrası və Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının hazırlanması haqqında iclas iştirakçılarına geniş  məlumat verib.

Akademik  bildirib ki, ilk dəfə olaraq 2008-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının yaradılması barədə  təşəbbüs qaldırmış, onun tərtib etdiyi layihə  dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunmuşdur. Azərbaycanda bu Atlasının yaradılması istiqamətində işlər iki il əvvəl başlamış və prezidentin məlum sərəncamından sonra sürətlənmişdir.

Coğrafiyaşünas  alim Azərbaycan Respubikasının inkişaf edən dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşdiyini, bu amillərin qarşılıqlı təsirinin ildən-ilə fəallaşmasının nəticəsində sel, daşqın, zəlzələ, sürüşmə, quraqlıq, yanğın və digər bu kimi təbii-dağıdıcı hadisə və proseslərin ekoloji mühitə təsirinin  artdığını diqqətə çatdırıb.  Bu baxımdan atlasın yaranmasının zəruriliyini xüsusi qeyd edən akademik onun redaksiya heyəti, icraçıları, məqsəd və vəzifələri, xəritələrin siyahısı,  tədqiqatın metod və vasitələri, gözlənilən nəticələr və s.  haqqında geniş söhbət açıb.  R.Məmmədov  qeyd edib ki, proqram layihəsini hazırlayarkən bir sıra qabaqcıl ölkələrin müvafiq atlaslarını nəzərdən keçirib, müsbət halları hazırkı layihənin tərtibində tətbiq etməyə çalışıb. Akademik onu da vurğulayıb  ki, xarici mütəxəssislərin qabaqcıl təcrübəsindən istifadə etmək məqsədilə onların  treninqlər keçirməsi üçün  ölkəmizə dəvət olunması nəzərdə tutulur.  Alim  Atlasın hazırlanması üçün 200-dən artıq xəritənin tərtibinə ehtiyac olduğunu diqqətə çatdırıb.

İclasda hazırlanacaq xəritələrin sahələr üzrə bölgüsü aparılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015