AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Naxçıvannın miqrasiya, demoqrafik proseslər və iqtisadi-coğrafiyasına dair monoqrafiya çapdan çıxıb
İyl 08, 2016 | 11:51 / Yeni nəşrlər
Oxunub 1297 dəfə

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçisi, c.ü.f.d. Hicran Tahirovanın “Naxçıvan Muxtar  Respublikasında miqrasiyanın demoqrafik proseslərə təsirinin iqtisadi-coğrafi problemləri” adlı monoqrafiyası  çapdan çıxıb.

 AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə ərsəyə gələn kitab əhali miqrasiyasının öyrənilməsinin əhəmiyyəti və nəzəri metodoloji əsasları, NMR-ın demoqrafik potensialı və onun əsas inkişaf meylləri, NMR-də müasir miqrasiya proseslərinin ərazi fərqləri və NMR-də miqrasiya siyasətinin əsas istiqamətləri başlıqları ilə 4 fəsildən ibarətdir.  Müəllif əsərində NMR-də demoqrafik proseslərin inkişaf xüsusiyyətlərini və bu prosesə təsir edən miqrasiyanın iqtisadi-coğrafi aspektlərini araşdırmış, daxili və xarici miqrasiya proseslərinin istiqamət və səbəblərini müəyyənləşdirmiş, bu sahədə yaranan problemlərin aradan qaldırılması və nizamlanması məqsədilə müvafiq təklif və tövsiyələr hazırlamışdır.

Monoqrafiya uyğun sahədə tədqiqat işləri aparan elmi işçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015