AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutunun əməkdaşları Rusiyada “Büllur kompas” müsabiqəsinin “Finalçı diplomu” ilə təltif olunublar
May 19, 2016 | 12:53 / Konfranslar, iclaslar
Oxunub 924 dəfə

AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, elmi işlər üzrə direktor müavini, professor, Akademiyanın müxbir üzvü Elbrus Əlizadənin və  aparıcı elmi işçi, c.ü.e.d., dosent  Stara Tarixazərin  “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)”  tədqiqat işi Rusiya Coğrafiya Cəmiyyətinin milli “Büllur kompas” müsabiqəsinin “Elmi nailiyyət” nominasiyasında qalib çıxaraq “Finalçı  diplomu” ilə təltif olunmuşdur.  (Eyni adlı monoqrafiya  2015-ci ildə MDU-nun “MaksPRESS” nəşriyyatı tərəfindən çap  edilmışdır).

Təltifoluma mərasimi 2016-cı il mayın 13-də Rusiya Federasiyasının Krasnodar şəhərində keçirilmişdir. “Büllur kompas” mükafatı Rusiya Federasiyasının coğrafiya, ekologiya, təbii tarixi irsin qorunması və təbliği sahəsində birinci mükafatdır və hər il müsabiqə əsasında verilir. Müsabiqənin qəyyumlar şurasının sədri RF-nin prezidenti V.V. Putin, prezidenti isə müdafiə naziri S.K. Şoyqudur. Azərbaycan alimləri ilk dəfədir ki, RCC-nin keçirdiyi belə mötəbər müsabiqədə iştirak edirlər.

Mükafatın keçirildiyi dövrdə Rusiyanın 80 regionundan və dünyanın 19 ölkəsindən təşkilat komitəsinə 815 layihə daxil olmuşdur. Bu il müsabiqəyə ABŞ, Belarus, Çin, Monqolustan, Litva, Serbiya, Polşa və s. kimi ölkələr daxil olmaqla 315 layihə təqdim edilmişdir. İxtisas seçimindən keçmiş 227 layihədən  33-ü final mərhələsinə buraxılmışdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015