AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Ştefani Düfo RSXM-də olub
Apr 01, 2016 | 09:02 / Görüşlər
Oxunub 1574 dəfə

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin ofis meneceri Ştefani Düfo AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub. 

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli DAAD Məlumat Mərkəzi tərəfindən təqdim edilən təqaüd  proqramının müxtəlif sahələri əhatə etdiyini, gənclərin bilik və bacarıqlarının artırılması üçün imkanlar yaratdığını bildirib.

Ş.Düfo Almaniyada təhsil, DAAD-ın Təqaüd Proqramları haqqında təqdimatla çıxış edib. Daha sonra qonaq sualları cavablandırıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015