AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları Qobustan məktəbliləri üçün təlim keçiriblər
İyn 02, 2016 | 09:05 / Maraqlı məlumatlar
Oxunub 444 dəfə

Ulu Öndər H.Əliyevin 93 illiyi münasibəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən həyata keçirilən "Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları" layihəsi çərçivəsində Qobustan rayonu 1 saylı tam orta məktəbdə təlim keçirilib.     

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, RSXM-nin, məktəb kollektivinin və şagirdlərin iştirak etdiyi təlimdə AMEA nəzdində RSXM-nin "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru E.Qaravəliyev məktəblilərə həyata keçirilən layihə haqqında ümumi məlumat verib.       

Daha sonra RSXM-nin əməkdaşları - A.Ağazadə və  M.Məmmədli "Zəlzələ zamanı davranış qaydaları"nı təqdim ediblər. Tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, həmçinin zəlzələ zamanı davranışla bağlı məktəblilərin iştirakı ilə səhnəcik nümayiş etdirilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015