AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
"Kinemetriks" şirkətinin prezidenti Bakıya gəlib
Apr 04, 2016 | 09:07 / Görüşlər
Oxunub 1264 dəfə

ABŞ-ın  "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica Bakıda səfərdədir.  Səfəri çərçivəsində o, AMEA nəzdində RSXM-də olub.Qonaq RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Görüşdə "Kinemetriks" şirkəti ilə RSXM arasında ikitərəfli əməkdaşlıq məsələləri və əlaqələrin gələcək perspektivləri müzakirə edilib. 

Məlumat üçün bildirək ki, AMEA nəzdində RSXM-in hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən 35 peyk rabitəsi ilə seysmik stansiyası var. Həmin stansiyalarda quraşdırılmış avadanlıqlar ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalıdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015