AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Ogie Kuraica RSXM-də məruzə təqdim edib
Apr 06, 2016 | 09:10 / Konfranslar, iclaslar
Oxunub 272 dəfə

Bakıda səfərdə olan ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica AMEA nəzdində RSXM-də çalışan mütəxəssislər üçün seysmoloji materialların müasir üsullarla emalına dair təqdimatla çıxış edib. Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, Azərbaycanda hazırda fəaliyyət göstərən və peyk rabitəsi ilə işləyən seysmik stansiyalar ABŞ-ın  "Kinemetriks" şirkətinin istehsalıdır. Həmin stansiyalar vasitəsi ilə əldə olunan məlumatların emalında müasir proqramlardan istifadə edildiyini qeyd edən baş direktor bu sahədə də RSXM-lə "Kinemetriks" şirkəti arasında əməkdaşlığın mövcud olduğunu qeyd edib. 

ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica isə Azərbaycanda seysmoloji materialların təhlilinin ən müasir səviyyədə aparıldığını qeyd edib. "Bizim avadanlıqlarımız da, tətbiq etdiyimiz proqramlarda eynidir".

Daha sonra  Ogie Kuraica  "Kinemetriks" şirkətinin işi, istehsal etdiyi avadanlıqlar və onların iş mexanizminə dair təqdimatla çıxış edərək, gənc mütəxəssislərin suallarını cavablandırıb. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015