AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları Gürcüstanda olub
İyn 06, 2016 | 09:12 / Konfranslar, iclaslar
Oxunub 679 dəfə

AMEA nəzdində RSXM-nin əməkdaşları may ayının 30-dan iyunun 4-ə qədər Gürcüstanda səfərdə olub. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q. Yetirmişlinin rəhbərliyi ilə baş tutan səfərdə mərkəzin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, g.-m. üzrə fəlsəfə doktoru S. Kazımova, "Zəlzələlərin tədqiqatı bürosu"nun rəis müavini R.Kərimova, "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri Z.Əliyeva, əməkdaşlar - N.Seyidəliyeva və N.İsmayılova iştirak ediblər.   

"Qafqaz regionunun seysmik riski" adlı seminarda Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və onun nəticələri alimlərimiz tərəfindən məruzə edilib.    

Seminarda ABŞ, Türkiyə, İran, Gürcüstan və Azərbaycandan olan seysmoloq alim və mütəxəssislərin iştirakı ilə keçirilən toplantıda seysmik riskin öyrənilməsi ilə bağlı SWFT proqramı və onun iş prinspi təqdim edilib. Bu sahədə yeni yanaşma metodu müzakirə olunub. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015