AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları Kaliforniya Universitetinin Berkeley Seysmologiya Laboratoriyasında səfərdə olublar
Avg 12, 2016 | 09:18 / Görüşlər
Oxunub 1262 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, g-m. üzrə fəlsəfə doktoru S.Kazımova  və mühəndis L.Piriyeva iyul ayının 16-dan avqustun 12-dək Kaliforniya Universitetinin Berkeley (ABŞ) Seysmologiya Laboratoriyasında səfərdə olublar.

Dr. Douglas Dreger, Dr. Rengin Gok və Dr. Andrea Chiang ilə də görüşən əməkdaşlarımız Azərbaycan ərazisinin seysmoloji analizi üzərində birgə problemlər haqqında təhlillər, eləcə də ətraf mühitin seysmik küy tomoqrafiyası metodu, Mw maqnitudası  və moment tensor hesablanması üzrə müzakirələr aparıblar. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015