AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları Xızıda zəlzələ zamanı davranış qaydalarına dair təlim keçiblər
May 13, 2016 | 09:19 / Maraqlı məlumatlar
Oxunub 1381 dəfə

Ulu Öndər H.Əliyevin 93 illiyi münasibəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları” layihəsi çərçivəsində Xızı rayonunda  məktəblilər üçün təlim keçirilib. 

 Xızı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən təlimdə AMEA nəzdində RSXM-nin "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru E. Qaravəliyev, "Elmi əlaqələr" şöbəsinin müdiri T.Cəfərov, Gənclər Fondunun əməkdaşları, məktəblilər və  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

   RSXM-nin "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru E. Qaravəliyev "Zəlzələ zamanı davranış qaydaları" haqqında iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

 Qeyd edək ki, bu layihə çərçivəsində tədbirlər davam etdiriləcək. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015