AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycan seysmoloqları Avropa Seysmoloji Komissiyasının iclasında iştirak ediblər
Sen 14, 2016 | 09:20 / Konfranslar, iclaslar
Oxunub 622 dəfə

4-11 sentyabr 2016-cı il tarixində  İtaliyanın Trieste  şəhərində Avropa Seysmoloji Komissiyasının 35-ci Baş Assambleyası keçirilmişdir. Baş Assambleyanın iclasında AMEA Yer elmləri bölməsinin akademik katibi,  akademik Fəxrəddin Qədirov, AMEA nəzdində RSXM-nin Baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və Elmi əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər. Baş Assambleyanın iclasında AMEA nəzdində RSXM tərəfindən "2005-2015-ci illər dövründə Azərbaycanda baş vermiş güclü zəlzələlərin ocaq və dinamik parametrləri" və (Oğuz zəlzələsi zamanı 04.09.2016, ml =5.9 , h -15 km Azərbaycan) "Geomaqnit sahə gərginliyinin anomal dəyişikliyinin seysmotektonik proseslərə təsiri" adlı məruzələr təqdim edilib.   

     RSXM rəhbərliyi ayrı-ayrı ölkələrdən olan seysmoloji təşkilatların rəhbərləri və alimlərlə çoxsaylı ikitərəfli görüşlər keçirib. Həmin görüşlərdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Avropa Seysmoloji Komissiyasının 35-ci Baş Assambleyası çərçivəsində həmçinin qurum üzvülərinin toplantısı da keçirilib. AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q. Yetirmişli iclasda iştirak edib.  

Qeyd edək ki, dünya ölkələrindən çoxsaylı seysmoloq alim və mütəxəssislərin iştirak etdiyi  Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının iclasları  iki ildən bir təşkilata üzv olan ölkələrdə keçirilir.  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015