AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM əməkdaşları Gənclər Fondunda olublar
Apr 15, 2016 | 09:21 / Görüşlər
Oxunub 1270 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda “Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları” mövzusunda təqdimatla çıxış ediblər. 

Tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, g.-m. üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev, mühəndislər -Afaq Ağazadə, Məhin Məmmədli, Fondun Aparat rəhbəri Faiq Qürbətov, “Layihələr və regionlarla iş sektoru”nun müdiri Orxan Ərəbov və digər əməkdaşlar, könüllülər iştirak ediblər. 

Təqdim edilən məruzə Gənclər Fondunun əməkdaşları tərəfindən maraqla qarşılanıb.Bu mövzuların Bakı şəhərinin və Azərbaycanın digər rayonlarının orta məktəblərində məruzə edilməsi qərara alınıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015