May 18, 2016 | 09:23 / Maraqlı məlumatlar
Ulu Öndər H.Əliyevin 93 illiyi münasibəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən həyata keçirilən "Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları" layihəsi çərçivəsində Səbail rayonundakı 189/190 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə AMEA nəzdində RSXM rəhbərliyi, məktəb kollektivi və məktəblilər iştirak ediblər. Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - A.Ağazadə, M.Məmmədli zəlzələ zamanı davranış qaydaları haqqında məktəblilərə məlumat verərək, onları maraqlandıran sualları cavablandırıblar.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də tədbirdə çıxış edərək, məktəblilərin zəlzələlərlə bağlı maarifləndirilməsinin əhəmiyyəti haqqında danışıb.
Qeyd edək ki, layihə çərçivəsində tədbirlər davam etdiriləcək.