
“Fövqəladə hallar üzrə maarifləndirmə”yə dair tədbir keçirilib
Apr 21, 2016 | 09:28 / Maraqlı məlumatlar
Apr 21, 2016 | 09:28 / Maraqlı məlumatlar
Oxunub 2484 dəfə
Fövqəladə Hallar Nazirliyinin “Bakı Regional Mərkəzi”nin təşkil etdiyi “Fövqəladə hallar üzrə maarifləndirmə” tədbiri çərçivəsində Qaradağ rayonu 274 nömrəli Müşfiqabad tam orta məktəbində toplantı keçirilib.
Tədbirdə AMEA nəzdində RSXM-in əməkdaşları iştirak ediblər. RSXM-nin "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev “Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxış müəllim və şagird kollektivi tərəfindən maraqla dinlənilmiş və maarifləndirmə baxımından yüksək qiymətləndirilmişdir.