AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM əməkdaşı tibb işçilərinə təlim keçib
İyn 23, 2016 | 09:29 / Maraqlı məlumatlar
Oxunub 475 dəfə

Fövqəladə Hallar Nazirliyinin “Bakı Regional Mərkəzi”nin təşkil etdiyi “Fövqəladə hallar üzrə maarifləndirmə” layihəsi çərçivəsində  Nizami rayonu, 4 saylı Vərəm Əleyhinə Dispanserdə toplantı keçirilib. 

Tədbirdə AMEA nəzdində RSXM-nin "Zəlzələlərin Tədqiqatı Bürosunun" mühəndisi, AMEA nəzdində RSXM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Fərəcov “Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları” mövzusunda məruzə ilə çıxış etmişdir.

Çıxış həkim və tibb kollektivi tərəfindən maraqla dinlənilmiş və maarifləndirmə baxımından yüksək qiymətləndirilmişdir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015