AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
"Kinemetriks" şirkətinin prezidenti Bakıya gəlib
İyl 25, 2016 | 09:43 / Görüşlər
Oxunub 1400 dəfə

ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica Bakıya gəlib. Səfərin məqsədi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışan mütəxəssislər üçün seysmoloji materialların müasir üsullarla emalına dair müasir proqramların tətbiqinə dair təlim keçmək, eləcə də yerli mütəxəssislərlə birlikdə RSXM-nin Naxçıvan Məlumat Mərkəzinin yaradılmasında iştirak etməkdir. 

Qonaq AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Görüşdə RSXM və "Kinemetrks" şirkəti arasındakı əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

"Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica səfəri çərçivəsində Naxçıvan MR-ə də gedəcək. Qeyd edək ki, Naxçıvanda yaradılacaq Məlumat Mərkəzində Muxtar Respublikada qeydə alınan zəlzələlərə dair məlumatların emalı və aparılan seysmoloji tədqiqat işlərinin genişləndirilməsi nəzərdə tutulur. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015