AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları 46 saylı məktəbdə təlim keçib
May 25, 2016 | 09:45 / Maraqlı məlumatlar
Oxunub 302 dəfə

Ulu Öndər H.Əliyevin 93 illiyi münasibəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən həyata keçirilən "Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları" layihəsi çərçivəsində Nəsimi rayonundakı 46 saylı tam orta məktəbdə təlim keçirilib.     

Məktəbin direktoru Sevinc Budaqova zəlzələlərin həmişə insanlarda qorxu və təşviş yaratdığını qeyd edərək, məktəblilərin bu sahə üzrə maarifləndirilməsinin əhəmiyyətli olduğunu bildirib. AMEA nəzdində RSXM-nin "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru E.Qaravəliyev məktəblilərə həyata keçirilən layihə haqqında ümumi məlumat verib.    

Daha sonra RSXM-nin əməkdaşları- A.Ağazadə və  M.Məmmədli "Zəlzələ zamanı davranış qaydaları"nı təqdim ediblər. Tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, həmçinin zəlzələ zamanı davranışla bağlı məktəblilərin iştirakı ilə səhnəcik nümayiş etdirilib. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015