AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də növbəti elmi seminar keçirilib
İyn 28, 2016 | 09:47 / Konfranslar, iclaslar
Oxunub 641 dəfə

AMEA nəzdində RSXM-də növbəti elmi seminar keçirilib. Seminarda geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev "Cənubi Xəzərin palçıq vulkanizmi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə son 20 ildə aparılan elmi işlərin bəzi nəticələri şərh olunur. Bildirilib ki, palçıq vulkanlarının yeni morfogenetik təsnifatı verilmişdir. Yeni qırılma strukturları və onların arasında yerləşən mikrobloklar aşkar edilmişdir. Palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsi və seysmiklik ilə genetik əlaqə aşkar olunmuşdur (qazhidrogeokimyəvi göstəricilərə görə), palçıq vulkanı brekçiyasının fəsil minerallaşması və vulkan palçığının geokimyəvi xüsusiyyətləri öyrənilmişdir, ilk dəfə olaraq böyük dərinliklərdə karbohidrogenlərin generasiyası üçün paleogen çöküntülərinin potensial imkanları haqqında fikir irəli sürülmüşdür.

Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Məruzəçi mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırmışdır.

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli çıxış edərək bildirib ki, professor Ad.Əliyev 50 ildən artıqdır ki, palçıq vulkanlarının öyrənilməsi ilə məşğul olur. Baş direktor gənc mütəxəssislərin bu sahəyə diqqət yetirməsinin vacibliyini önə çəkib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015