AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutunun əməkdaşı qızıl medala layiq görülüb
Okt 06, 2016 | 01:01 / Maraqlı məlumatlar
Oxunub 468 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünasıq şöbəsinin müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Xəyyam Şakir oğlu Rəhimov ''Avropa Nəşr Mətbuat Evi"nin mükafat komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

Alim bu mükafata  milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki ziyalı mövqeyinə, çoxsaylı elmi-publisistik kitablarına, ölkənin əsas çoxillik bitkilərinin aqroiqlim şəraiti, ehtiyatları, meteoroloji şəraitin məhsulun keyfiyyətinə təsiri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə coğrafiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015