AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
İsrailli alimlər RSXM-nin Monitorinq Mərkəzində olublar
Okt 12, 2016 | 03:20 / Görüşlər
Oxunub 2978 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi beynəlxalq elmi təşkilatlar və xarici ölkələrin seysmoloji qurumları ilə əlaqələrini genişləndirir. Bakıda səfərdə olan İsrailin Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Dr. Meir Zadok və Veyzman İnstitutunun İmmunnologiya fakültəsinin professoru Rut Arnon AMEA nəzdində RSXM-nin Monitorinq  Mərkəzində olublar. Görüşdə AMEA Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, RSXM-nin baş direktorunun elmi məsələlər üzrə müavini, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev, geologiya-mineralogiya üzrə  fəlsəfə doktoru, Qulam Babayev və RSXM-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli qonaqlara mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji tədqiqatlar və alınmış nəticələr haqqında məlumat verib. Daha sonra görülən işlərə dair təqdimat nümayiş etdirilib. Azərbaycanda seysmologiya sahəsində görülən işləri müsbət dəyərləndirən qonaqlar Mərkəz ilə ikitərəfli əməkdaşlıq etməyə maraqlı olduqlarını və bu əməkdaşlığın hər iki tərəf üçün faydalı ola biləcəyinə inandıqlarını bildiriblər.  RSXM-nin baş direktoru Q. Yetirmişli hazırda Mərkəzin bütün beynəlxalq seysmoloji təşkilatlarda təmsil olunduğunu  və dünyanın aparıcı ölkələri ilə yaxından əməkdaşlıq etdiyini bildirib. Müzakirələr zamanı maraq doğuran digər məsələlərə də toxunulub.

AMEA nəzdində RSXM - nin İnformasiya şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015