AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Naxçıvanın fiziki coğrafiyasına həsr olunmuş ikicildliyin 1-ci cildi çap olunacaq
Okt 18, 2016 | 03:40 / Yeni nəşrlər
Oxunub 3225 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutun alimləri – elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, baş elmi işçi, c.ü.f.d. Məhərrəm Həsənov və aparıcı elmi işçi, c.ü.f.d. Elina Kərimova oktyabrın 23-24 tarixində Naxçıvan Muxtar Respublikasına ezam olunmuşlar.

Coğrafiya İnstitutunun Elmi şurasının qərarı, AMEA Naxçıvan bölməsi və Naxçıvan Ali Məclisinin dəstəyi ilə hazırlanan  “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin NMR-in fiziki coğrafiyasına həsr olunmuş 1-ci cildi artıq hazırdır və Cİ-nin adları çəkilən əməkdaşları həmin cildi çapa təqdim etmək üçün muxtar respublikaya gedəcəklər.

Kitabın Naxçıvanın iqtisadi-sosial coğrafiyasına həsr olunan 2-ci  cildinın çapı  bu ilin sonunadək nəzərdə tutulmuşdur.

  

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015