AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Naxçıvanın coğrafiyasına həsr olunmuş kitabın birinci cildi çapa hazırlanır
Okt 27, 2016 | 08:49 / Yeni nəşrlər
Oxunub 3390 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutun əməkdaşları  – elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, baş elmi işçi, c.ü.f.d. Məhərrəm Həsənov və aparıcı elmi işçi, c.ü.f.d. Elina Kərimova oktyabrın 23-24də  Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə  olmuşlar.

Məqsəd “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin NMR-in fiziki coğrafiyasına həsr olunmuş 1-ci cildinin yenidən müzakirəsi və çapa təqdim olunması olub. Kitab AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin yanında Coğrafiya İnstitutunun alimləri və  müvafiq mütəxəssislərin iştirakı ilə müzakirə edilib və siqnal nüsxənin hazırlanması üçün mətbəəyə təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edilib.

Kitabın Naxçıvanın iqtisadi-sosial coğrafiyasına həsr olunan 2-ci  cildinın çapı  bu ilin sonuna  nəzərdə tutulmuşdur.

  

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015