AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Amerika və Gürcüstan seysmoloqları RSXM-də olub
Okt 30, 2016 | 08:59 / Görüşlər
Oxunub 3546 dəfə

29-30 oktyabr tarixində ABŞ-ın Missouri Universitetinin Professoru Eric Sandvol, Oregon Dövlət Universitetinin Yer, Okean və Atmosfer Elmləri Kollecinin professoru John Nabelek, Gürcüstanın Ilia Dövlət Universitetinin Yer Elmləri İnstitunun direktoru Tea Godoladze, Ilia Dövlət Universitetinin Yer Elmləri İnstitunun əməkdaşı Maya Uchaneishvili AMEA nəzdində Respublika seysmoloji Xidmət Mərkəzində olublar. Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə ABŞ, Azərbaycan və Gürcüstanın seysmoloqları arasında birgə əməkdaşlıq və layihələrin həyata keçirilmısi, qarşılıqlı tcrübə mübadiləsinin genişləndirilməsi və s. məsələlər müzakirə edilmişdir. Görüşlərdə həmçinin  "Qafqaz Kəsilişi" layihəsi üzrə müzakirələr aparılıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015