AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də Elmi Texniki Şuranın iclası keçirilib
Noy 24, 2016 | 06:11 / Konfranslar, iclaslar
Oxunub 2573 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın növbəti iclası keçirilib. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli iclasın gündəliyini elan edib. İclasda AMEA-nın akademiki H.Н.Quliyev  "Geoloji mühitin öyrənilməsi üçün seysmik kəşfiyyat və seysmoloji məlumatların birgə istifadəsi" mövzusunda məruzəsini təqdim edib.   

Bununla yanaşı, AMEA nəzdində RSXM-də 2016-cı ildə aparılmış elmi, elmi-istehsalat işlərinin bölmələr üzrə hesabatları müzakirə edilib. 2016-cı ildə maqnitometriya şöbəsinin yerinə yetirdiyi işlərə dair hesabatı RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev, qravimetriya şöbəsində aparılan işlərə dair hesabatı isə Qravimetriya şöbəsinin müdiri  Elçin Bağırov və şöbənin böyük elmi işçisi Almaz İsmayılova təqdim ediblər. Təqdim edilən məruzə və hesabatlar Elmi-Texniki Şuranın iclasında iştirak edən şura üzvləri və qonaqlar arasında maraqla qarşılanıb. 

İclasda həmçinin AMEA nəzdində RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Fərəcov il ərzində mərkəzdə çalışan gənclərin fəaliyyəti ilə bağlı təqdimat təqdim edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015