Dek 07, 2016 | 04:36 / Konfranslar, iclaslar
AMEA nəzdində RSXM-də 2016-cı ildə aparılmış elmi, elmi-istehsalat işlərinin bölmələr üzrə hesabatlarının müzakirələri başlayıb. Bununla bağlı RSXM-nin Elmi-Texniki Şurasının iclası keçirilib. İlk olaraq seysmologiya bölməsi üzrə hesabatlar dinlənilib.
"Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi S. İsmayılova , "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin və Beynalxalq seysmotomoqrafiya laboratoriyasının müdiri, g.m.e.d. S.Kazımova, Makroseysmik tədqiqatlar şöbəsinin müdiri E.Qaravəliyev, Kompleks geokimyəvi tədqiqatlar şöbəsi R. Kərəmova və Seysmoloji materialların təhlili və təsfiri şöbəsinin müdiri R.R.Abdullayeva öz hesabatlarını təqdim ediblər. ETŞ-nin üzvləri çıxış edərək təqdim olunan hesabatları müsbət qiymətləndiriblər. RSXM-nin digər elmi bölmələri və şöbələri üzrə hesabatların dinlənilməsi davam etdiriləcək.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi