AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları üçün seminar-treninq başlayıb
Dek 06, 2016 | 04:43 / Konfranslar, iclaslar
Oxunub 906 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalarında iş keyfiyyətinin yüksəldilməsi və stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsplərinin öyrənilməsi ilə bağlı seminar-treninq keçirilib. Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, respublikanın regionlarında 35 telemetrik seysmik stansiya fəaliyyət göstərir. Regionlarda GPS stansiyalar da quraşdırılıb. Bundan başqa geofiziki və geokimyəvi stansiyalar da fəaliyyət göstərir. Həmin stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsplərinin daha dərindən öyrənilməsinin stansiya əməkdaşları üçün zəruri olduğunu vurğulayan baş direktor bütün stansiyaların zəruri təlimat və vəsaitlərlə təmin olunduğunu diqqətə çatdırıb. Baş direktor bəzi seysmik stansiyaların yüksək dağlıq ərazilərdə yerləşməsinə baxmayaraq orda qış mövsümü üçün bütün zəruri şəraitin yaradıldığını qeyd edib. Seminarda RSXM-nin baş mühəndisi Rauf Muradov, baş direktorun müavini Ramiz İskəndərov çıxış ediblər. RSXM-nin "Geodinamika" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru İlyas Kazımov əməkdaşlar üçün GPS stansiyalarının iş prinspinə dair təlim keçib. Seminar - treninq iki gün davam edəcək.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015