AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-in şöbələri illik hesabatlarını təqdim ediblər
Dek 09, 2016 | 03:06 / Konfranslar, iclaslar
Oxunub 1022 dəfə

AMEA nəzdində RSXM-də Elmi-Texniki Şurasının növbəti iclası keçirilib. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli mərkəzin ayrı-ayrı şöbələri tərəfindən hazırlanmış illik hesabatların müzakirəsi davam etdirildiyini bildirərək, gündəliyi elan edib.  RSXM-nin "Seysmologiya" şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli  "Böyük Qafqazın Azərbaycan hissəsinin seysmotektonikası" mövzusunda elmi məruzəsini təqdim edib. Daha sonra RSXM-nin "Geodinamika" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru İ. Kazımov, "İnformasiya" şöbəsinin müdiri V.Hüseynova, "Elmi əlaqələr" şöbəsinin müdiri T.Cəfərov və "Tədris" şöbəsinin müdiri G.Alxanova rəhbərlik etdikləri şöbələr tərəfindən il ərzində görülmüş işlərə dair illik hesabatları təqdim ediblər. Elmi-Texniki Şura üzvüləri tərəfindən təqdim edilən hesabatlar müsbət qiymətləndirilib. İclasda həmçinin RSXM-nin Elmi-Texniki Şurasına yeni üzvülərin qəbul edilməsi məsələsinə də baxılıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015