AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-də çexiyalı alimlə görüş
Dek 09, 2016 | 03:17 / Görüşlər
Oxunub 214 dəfə

Çexiya Respublikasının Eksprimental Tətbiqi Fizika İnstitutunun tədqiqatçı alimi Fərdaqət Məmmədov Bakıya səfəri çərçivəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olub. Baş direktor, AMEA-nın müxbir üzvü Q.Yetirmişli ilə görüşən qonağa mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlar, həyata keçirilən işlər və layihələr barəsində ətraflı məlumat verilib. AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzinin işi barədə qonağı məlumatlandıran baş direktor Q.Yetirmişli hazırda mərkəzin aparıcı ölkələrin Yer elmləri ilə məşğul olan qurumları və beynəlxalq seysmoloji təşkilatlarla yaxından əməkdaşlıq etdiyini bildirib. Əməkdaşlıqla yanaşı təcrübə mübadiləsinə də xüsusi diqqət yetirildiyini vurğulayan baş direktor mərkəzdə çoxsaylı gənc mütəxəssislərin çalışdığını qeyd edərək, onların xarici ölkələrə təcrübəyə göndərildiklərini deyib. RSXM-də görülən işləri müsbət qiymətləndirən qonaq Azərbaycan seysmoloqlarının beynəlxalq təşkilatlarda əldə etdikləri uğurların sevindirici olduğunu bildirib. Görüşdə birgə layihələrin və elmi tədqiqatların aparılmasına dair məsələlərə də toxunulub.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015