AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-nin Elmi-Texniki Şurasının iclası keçirilib
Fev 16, 2017 | 02:31 / Konfranslar, iclaslar
Oxunub 159 dəfə

AMEA nəzdində RSXM-nin Elmi-Texniki Şurasının növbəti iclası keçirilib. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli gündəliyi elan etdikdən sonra, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, g.m. üzrə fəlsəfə doktoru S.Kazımova “Zəlzələlərin ocaq mexanizmlərinə əsasən Azərbaycanın seysmogen sahələrində tektonik hərəkətlərinin tipləri” (AMEA-nın müxbir üzvü Q.C,Yetirmişli; f.-r.üzrə fəlsəfə doktoru, dosent A.Q.Rzayev; g-m. üzrə f.d., dosent S.E.Kazımova) mövzusunda məruzəsini təqdim edib.
Məruzə iclasda iştirak edən alimlər tərəfindən böyük maraqla qarşılanıb. Akademik H. Quliyev, akademik P.Məmmədov, geologiya-mineralogiya elmlər doktoru T.Məmmədli, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Ş. Musayev çıxış edərək müzakirə olunan mövzu ətrafında öz fikirlərini açıqlayıblar. Elmi diskussiya şəraitində keçən müzakirələrin nəticəsi olaraq alimlər bu istiqamətdə tədqiqatların daha da genişləndirilməsini tövsiyyə ediblər.
İclasda həmçinin ETŞ-nin gündəliyinə daxil olan digər məsələlər - “RSXM-də çalışan bakalavr, magistr, dissertant  və mühəndis-texniklərə 2017-ci ildə keçirilməsi nəzərədə tutulan ixtisas və xarci dil kursları üzrə tədris proqramının təsdiq edilməsi” (G.Alxanova), 2017-ci ildə keçiriləcək elmi seminarların mövzvularının təsdiqi (g.m.e.d. H.Vəliyev), “2017-ci il üçün elmi-tədqiqat işlərinin planının təsdiqi (L.İbrahimova) və Elmi-Texniki Şuranın tərkibində qismən dəyişiklik edilməsi məsələlərinə də baxılmışdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015