AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Yer Elmləri Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib
Fev 23, 2017 | 02:44 / Konfranslar, iclaslar
Oxunub 215 dəfə

Fevralın 23-də AMEA Yer Elmləri Bölməsinin büro iclası keçirilib. İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq bölməyə daxil olan elmi müəssisələrdə 2016-2017-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunub. Akademik Fəxrəddin Qədirov bildirib ki, dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməlidir. Bölmənin akademik-katibi doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsini tövsiyə edib.

Müzakirədən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilərək qəbulun nəticələrinin Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Gündəlikdə yer alan növbəti məsələ Geologiya və Geofizika İnstitutunun strukturu ilə bağlı olub. Bölmənin qərarları ilə geologiya-mineralogiya üzrə elmlər doktoru İbrahim Səfərov Eksperimental petrofizika, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamov Mühəndisi geofizika, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev Seysmologiya və seysmik təhlükə, Səid Hüseynov İctimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri vəzifələrinə təsdiq olunublar.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015