AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
"Kinemetriks" şirkətinin prezidenti RSXM-də olub
Mart 01, 2017 | 02:15 / Konfranslar, iclaslar
Oxunub 176 dəfə

ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica Bakıya səfər edib. Səfəri çərçivəsində qonaq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində olub. Ogie Kuraica  RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli ilə görüşüb. Görüşdə iki ölkənin seysmoloji təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə edilib. "Kinemetriks" şirkətinin RSXM-lə yaxından əməkdaşlıq etdiyini bildirən O.Kuraica amerikalı seysmoloqların azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb. RSXM-nin baş direktoru Q.Yetirmişli isə "Kinemetriks" lə əməkdaşlığın genişlənməsinin RSXM üçün vacib olduğunu qeyd edib. Görüşdə AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində qeydə alınan zəlzələlərin ən müasir tətbiqi proqramlar vasitəsi ilə emal edildiyini də diqqətə çatdırılıb. Həmçinin gələcək əməkdaşlıq prespektivlərinə dair müzakirələr də aparılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015