AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları təlim keçib
Mart 01, 2017 | 02:33 / Konfranslar, iclaslar
Oxunub 180 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən həyata keçirilən "Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları" layihəsi çərçivəsində Nərimanov rayon  43 saylı bağça-məktəb-lisey kompleksində təlim keçirilib.

Təlimdə AMEA nəzdində RSXM-nin Tədris şöbəsinin əməkdaşları-şöbə müdiri G.Alxanova və şöbənin əməkdaşları- A.Ağazadə və M.Məmmədli zəlzələlər, onların baş vermə səbəbləri, zəlzələ baş verərkən davranış qaydaları haqqında məktəblilərə məlumat veriblər. Təlimlər zamanı məktəbliləri maraqlandıran sualları cavablandıran RSXM əməkdaşları bu cür təlimlərin maarifləndirmə xarakteri daşıdığını və gələcəkdə də davam etdiriləcəyini bildiriblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015