AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif ediliblər
Mart 09, 2017 | 03:20 / Konfranslar, iclaslar
Oxunub 394 dəfə

AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının tərəfindən keçirilmiş rəy sorğusuna görə elm adamı olaraq, ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin alimi” ali media mükafatına layiq görülüb.

Şöbənin aparıcı elmi işçisi, GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman Nazirliyi tərəfindən “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə və rayonun elmi-ictimai həyatında fəal iştirakına görə fəxri fərmanla təltif edilib. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015