AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM əməkdaşları sertifikat alıb
Mart 28, 2017 | 04:02 / Maraqlı məlumatlar
Oxunub 212 dəfə

AMEA nəzdində RSXM və ABŞ-ın “Kinemetriks” şirkəti arasında olan ikitərəfli əməkdaşlıq çərçivəsində azərbaycanlı seysmoloqlar üçün treninq keçirilib.

“Kinemetriks” şirkətinin mütəxəssisləri Taimi Mulder, Edelvays Spassov və Mathias Frankenin keçdiyi treninqin əsas mövzusu "Kinemetriks" cihazlarına xidmətin aparılması ilə bağlı olub. Treninqdə iştirak edən RSXM-nin 15 əməkdaşı təlimlər başa çatdıqdan sonra “Kinemetriks” tərəfindən sertifikat alıblar.

Xatırladaq ki, RSXM-nin seysmik stansiyalarındakı avadanlıqları “Kinemetriks” şirkəti istehsal edib. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015