AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin biblioqrafiyası çapdan çıxıb
Mart 30, 2017 | 12:09 / Konfranslar, iclaslar
Oxunub 230 dəfə

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən görkəmli coğrafiyaşünas alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadənin biblioqrafiyası çapdan çıxıb.

“Avropa” nəşriyyatı tərəfindən Azərbaycan, ingilis və rus dillərində çap olunan kitabın redaktoru institutun direktoru, akademik Ramiz Məmmədovdur.

Nəşrdə alimin elmi və elmi-təşkilati fəaliyyəti, əsərlərinin xronoloji göstəricisi, tədris-metodiki kitabları, mətbuatdakı publisistik çıxışları, rəhbərlik etdiyi dissertasiyalar, mühüm elmi nəticələri, qrant işləri və monoqrafiyaları barədə məlumatlar yer alıb.

Əsər elmi işçilər, müəllimlər, doktorantlar, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015