AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları Bayıl şossesində sürüşmə təhlükəsi ilə bağlı tədqiqatlara başlayıblar
Okt 12, 2018 | 10:42 / Mühüm hadisələr
Oxunub 189 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları paytaxtın Badamdar-20-ci sahəni birləşdirən Bayıl şossesində yaranmış sürüşmə təhlükəsi ilə bağlı bu gün ərazidə tədqiqat işlərinə başlayıblar. 

Aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş vermiş sürüşmə ilə bağlı RSXM bir neçə ay ərzində kompleks tədqiqatlar aparıb və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015