AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Amea nəzdində RSXM Badamdar şossesinə mobil seysmik stansiyalar quraşdırıb
Okt 16, 2018 | 08:38 / Mühüm hadisələr
Oxunub 196 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları Badamdar - 20-ci sahə şossesində baş vermiş sürüşmə ilə bağlı ərazidə tədqiqatları davam etdirirlər.

Hazırda mərkəzin əməkdaşları hadisə yerində seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar. Sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də gözləmə rejimində işləyən mobil seysmik stansiyaların quraşdırılması isə sona çatdırılıb.

Aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi təhlildən sonra ərazidəki vəziyyətə dair hesabat hökümətə təqdim ediləcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015