AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Gənc tədqiqatçıların beynəlxalq elmi konfrası işini uğurla başa vurub
Okt 23, 2018 | 09:57 / Konfranslar, iclaslar
Oxunub 323 dəfə

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən təşkil olunmuş “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyalarının rolu” mövzusunda VII beynəlxalq elmi konfrans işini uğurla sona çatdırıb.

GGİ-nin yaradılmasının 80 illiyinə həsr olunmuş konfransın işində dünyanın 10 ölkəsindən 150-dən çox gənc tədqiqatçı GGİ-də dörd paralel sessiya üzrə məruzəçilərin elmi tədqiqat işlərinin nəticələrini müzakirə edib, poster məruzələrin təqdimatı keçirilib. 70-dən çox əcnəbi gənc tədqiqatçının iştirak etdiyi müzakirələrin sonunda konfransın yekunlarına dair rəsmi bağlanış mərasimi reallaşıb.Tədbirdə Elmi Təşkilat Komitəsinin sədri, akademik Əkpər Feyzullayev konfransda iştirak edən gənclərə təşəkkür edib, bu elmi tədbirin həm statistik, həm də elmi mahiyyətinə görə əvvəlki 6 konfransdan fərqləndiyini diqqətə çatdırıb.

Akademik qeyd edib ki, hazırki tədbirin ərsəyə gəlməsi üçün böyük zəhmət sərf edən Elmi Təşkilat Komitəsi beynəlxalq elmi tədbiri yüksək səviyyədə reallaşdırmaqla GGİ-nin 80 illik yubileyi ərəfəsində İnstitutunun şanlı tarixinə layiqli töhfəyə verib.

Bağlanış mərasimində çıxış edən gənc tədqiqatçılar konfrans və Azərbaycanla bağlı maraqlı fikirlərini iştirakçıların diqqətinə çatdırıblar və böyük ənənəyə malik belə beynəlxalq statuslu tədbirin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda VII beynəlxalq elmi konfransın iştirakçılarına sertifikatlar təqdim edilb.

Dörd günlük elmi konfransın proqramı çərçivəsində həmçinin İçərişəhər Dövlət Tarix-Memarlıq, Qobustan Dövlət Tarixi-Bədii Qoruqlarına və “Daşgil” palçıq vulkanına ekskursiyalar təşkil olunub.

Xatırladaq ki, VII beynəlxalq elmi konfransa dünyanın aparıcı neft şirkətlərindən olan BP, Total və SOCAR dəstək verib.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi 
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015